• 7 Dekabr 2023
logo
“3+3” platforması çərçivəsində ildə ən azı iki görüş keçiriləcək

“3+3” platforması çərçivəsində ildə ən azı iki görüş keçiriləcək

“3+3” regional platformasının 10 dekabr 2021-ci ildə keçirilmiş təsis toplantısını uğurlu hesab edirəm.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.
“Görüşün yekununda biz tərəfdaşlarımızla formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə istiqamətlənmiş məsələlərə yönəltmək barədə razılığa gəldik. Bunlara ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, eləcə də ümumi çağırış və təhdidlərə qarşı mübarizə daxildir. İldə ən azı iki dəfə mütəmadi olaraq görüşlərin keçirilməsi qərara alınıb. Artıq bir neçə paytaxtdan növbəti tədbir üçün müraciətlər daxil olub”, - rusiyalı diplomat vurğulayıb.
Rudenko Gürcüstandan regional əməkdaşlıq platformasına müsbət siqnallar gəlib-gəlmədiyi ilə bağlı suala isə belə cavab verib: “Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3”ə qoşulacağına ümid etdiklərini bildiriblər. Tiflis üçün qapı açıq qalıb. Regional məsələlərin müzakirəsi Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə vacibdir”.