• 12 İyul 2025
logo
Aİ səfiri: “Azərbaycanla həmrəyik”

Aİ səfiri: “Azərbaycanla həmrəyik”

“Azərbaycan dövlətinə hər zaman tibb işçilərinə dəstək olduqları üçün təşəkkür edirəm”.
Bunu Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəsi Peter Mixalko tibb işçilərinin davamlı tibbi təhsilinin dəstəklənməsi və infeksiyanın qarşısının alınması və nəzarət üzrə ləvazimatlarının təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanla həmrəyik və əməkdaşlığımızı davam etdiririk:
"Bizim bura toplaşmağımızın əsas məqsədi Azərbaycanla tərəfdaş olduğumuzu göstərməkdədir. Bu gün əməkdaşlığımız xüsusən pandemiya dövründə daha əhəmiyyətlidir. Bu fürsətdən istifadə edərək pandemiya ilə ön cəbhədə mübarizə aparan tibb işçilərinə də dərin təşəkkürümü bildirmək istəyirəm. COVİD-19 hamımıza təsir göstərib.
Hesab edirəm ki, pandemiya ilə mübarizədə əməkdaşlığımız qlobal səviyyədə olmalıdır. Sonra da əməkdaşlığımızı davam etdirməli və dayanıqlı bərpa tədbirləri görülməlidir" – o əlavə edib.