• 11 Dekabr 2023
logo
Səfir: “İran şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakını gözləyirik”

Səfir: “İran şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakını gözləyirik”

“Azad olunmuş torpaqlarda əməkdaşlıq iki ölkə arasında mühüm məsələlərdən biridir”.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.
“Çox şadıq ki, bu torpaqlar azad olunub. Bu ərazilərdə Azərbaycanla 132 km sərhədimiz var. Biz həmin ərazilərdə əməkdaşlığa hazırıq. Bu məsələ Azərbaycan Prezidentinin iranlı rəsmilərlə görüşündə müzakirə olunub. Gözləyirik ki, təcrübəli İran şirkətləri bu torpaqlarda yenidənqurma işlərində iştirak etsinlər”, - səfir vurğulayıb.
Diplomat qeyd edib ki, İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsinin açılması gözlənilir: “Bunlardan biri Xudafərin, digəri isə Farsabaddadır”.