İki ölkə müxtəlif beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib.
Bu barədə Moldovanın xarici işlər naziri Niko Popesku azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Biz regionda sülh quruculuğunu yüksək qiymətləndiririk, istərdik bu prosesdə rol oynayaq. Eyni zamanda, bir neçə ekspertimizi minatəmizləmədə prosesində iştirak üçün göndərmək istərdik ki, Azərbaycan regionun inkişafına tam töhfə verə bilsin”, - moldovalı nazir vurğulayıb.