• 29 Oktyabr 2020
logo
ATƏT Minsk qrupunun həmsədrləri Bratislavada məsləhətləşmələr keçirəcək

ATƏT Minsk qrupunun həmsədrləri Bratislavada məsləhətləşmələr keçirəcək

ATƏT Minsk qrupunun həmsədrləri dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada ATƏT üzv ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında məsləhətləşmələr keçirəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ məsələsi son illərdə daim ATƏT məkanında müzakirə olunur:

“Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında da məsləhətləşmələr planlaşdırılıb. Söhbət xüsusi tapşırıq üzrə səfirlər səviyyəsində məsləhətləşmələrdən gedir”.