Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikasına görə parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.
Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.
Ə.Əhmədov vurğulayıb ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.