• 7 Dekabr 2023
logo
Əli Hüseynli macar deputatları azad olunmuş ərazilərə səfərə dəvət edib

Əli Hüseynli macar deputatları azad olunmuş ərazilərə səfərə dəvət edib

“Müxtəlif ölkələrdən parlamentarilər azad edilmiş ərazilərə səfər ediblər, lakin macarıstanlı həmkarlarımız bu regiona, azad olunmuş ərazilərə səfər etməyib. Macarıstan parlamentinin nümayəndələrini şəxsən dəvət edirəm ki, gəlib bu torpaqlardakı həm dağıntıları, həm də yenidənqurma işlərini görsünlər. Həm də belə səfərlər macar şirkətləri motivasiya edəcək ki, azad olunmuş ərazilərə investisiya qoysunlar”.
Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında deyib.
O, Macarıstanın Azərbaycana verdiyi dəstəkdən dolayı təşəkkürünü də bildirib.
“Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi, sizin dəstəyinizi yüksək qiymətləndirir və dərin təşəkkür edirik. Eyni zamanda, iki ölkənin parlamentləri arasında yüksək səviyyəli əlaqələr var. Qarşılıqlı səfərlərimiz baş tutur, parlamentlərin komitələri arasında yüksək əlaqələr var” – Əli Hüseynli vurğulayıb.