• 2 Dekabr 2023
logo
Paşinyan Bakı ilə İrəvanın dəmir yollarının açılmasına çox yaxın olduğunu deyib

Paşinyan Bakı ilə İrəvanın dəmir yollarının açılmasına çox yaxın olduğunu deyib

Bakı ilə İrəvan regionda dəmir yolları kommunikasiyalarının açılması barədə razılaşmaya çox yaxındır.
TASS xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında deyib.
"Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına çox yaxındır. Bu isə regionda kommunikasiyaların açılması deməkdir".
Paşinyan Üçtərəfli İşçi Qrupun rusiyalı üzvü Aleksey Overçukun dünən İrəvana etdiyi səfər zamanı əsas müzakirə mövzusunun Arazəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin bərpası olduğunu əlavə edib.