• 29 Noyabr 2023
logo
On səkkiz ildə 18 səfər

On səkkiz ildə 18 səfər

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevi digər həmkarlarından fərqləndirən kefiyətlərindən biri də odur ki, daim insanların arasında olmasıdır. Bunun bariz nümunəsi mütəmadi olaraq regionlara davamlı səfəri, görülən işlərə şəxsən nəzarət, vətəndaşlarla səmimi söhbətləridir. Belə növbətə səfərlərdən biri də yanvarin 30-da baş tutmuşdur. On səkkiz il ərzində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə 18 rəsmi səfər. Təbiidir ki, bu şəhərin inkişafı, sosial-iqtisadi inkişafı da həmişə diqqət mərkəzindədir. Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənib, bir çox layihələr uğurla icra edilib və bu işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir.
Səfər zamanı dövlət başçısı AZƏRTAC-a müsahibəsi zamanı bu və digər məsələlər barədə ətraflı məlumatlar verdi.
Bildirildi ki, son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Əhalinin elektrik enerjisi ilə tam təchizatını təmin etmək üşün 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır. Bu şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi icra edilir. Bu çox maliyyətutumlu, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir.
Ümumiyyətlə ölkənin bütün yol infrastrukturunun yenilənməsində o cümlədən Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır;
Tam modernləşdirilən Dəmir Yolu Xətti Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Bu insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Lokomotiv deposuna çox böyük ehtiyac var. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulmuşdur.
Gəncənin səhiyyə və təhsil infrastrukturu da müasir standartlara uyğun olaraq yenilənib. Şəhərdə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıdığından bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malikdir.
Gəncənin son illər mədəni həyatında da xeyli dəyişiklilər olub. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir
İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı önəmlidir. Kəlbəcərə yeganə gedən yol Gəncədəndir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilər. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır
Dövlət başçısı müsahibəsində onu da bildirdi ki, Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla əlaqəli olacaq. Orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Gəncənin də burada xüsusi rolu olacaqdır.
Eləcə də Gəncə şəhəri Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında həmişə xüsusi yerə malik olubdur. İnşa olunan yeni obyektlər, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır.
Bu gün dünyada Azərbaycan brendi sayılan “ASAN xidmət” mərkəzlərinin şəbəkəsi ölkəmizdə getdikcə daha da genişlənir. Digər bölgələrimizdə bu xidmətin sayı çoxalır. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə Gəncədə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı.
İdman sahəsi də ölkəmizdə olduğu kimi Gəncə də də əsas sahələrdəndir. İnşa olunan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır. Bütün əsas idman növləri bir yerdə cəmləşib. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcəkdir. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir.
Məlum olduğu kimi İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandı. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar (6 uşaq həlak oldu), qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.
Bu vəhşiliyi gələcək nəsillərə çatdırmaq üçün Gəncədə böyük Memorial Kompleks inşa olunacaq. Təqribən dörd hektarda yaradılacaq Memorial kompleksdə dağidilmiş binalar olduğu kimi qalacaq. Bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.
Ermənistanın paytaxtında - İrəvanda Cəllad Njdeyə qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist və cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Faşizmin baş qaldırmasına yol vermək olmaz.
Həmçinin Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik.
Cənab Prezidentin bu müsahibəsi də əvvəlki çıxışlarında, müsahibələrində olduğu kimi həm geniş oxucu kütləsi ınəmli bir mənbədir.

Pənah İmanov

politoloq