• 7 Dekabr 2023
logo
Milli Məclisin sədri: “Çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”

Milli Məclisin sədri: “Çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, bu tarixi sənəd Prezident İlham Əliyev tərəfindən parlamentə ratifikasiya üçün göndərilib”.
Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında sənədi təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
“Bizim ürəyimiz Türkiyə ilə döyünür. Bu, Azərbaycan dövlətçiliyinin ən mühüm sənədlərindən biridir. Bu, regionda yaradılan yeni reallığın qorunması istiqamətində ən mühüm sənəd kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi azad olunmuş Qarabağın, Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir”, - S. Seyidov vurğulayıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, S. Seyidov hər bir deputatın, azərbaycanlının mövqeyini ifadə edib: “Biz 6-cı çağırış Milli Məclis üzvləri kimi çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”.