Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda bir sıra görüşlər keçirəcək.
Kadri Simson fevralın 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclasında iştirak edəcək.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı iclasda çıxış edəcək.
Kadri Simson fevralın 4-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ayrı-ayrılıqda görüşlər keçirəcək.