• 25 Aprel 2024
logo
Səfir Holokostla bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib

Səfir Holokostla bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib

Ötən həftə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Holokostun inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu qətnamənin ko-sponsorlarından (həmmüəllif) biridir.
“Buna görə Azərbaycana təşəkkür edirik”, - səfir vurğulayıb.
O diqqətə çatdırıb ki, 114 ölkə bu qətnaməni təsdiqləyib, yalnız İran bu qətnaməni təsdiqləməyib.