• 29 Mart 2024
logo
Səfir: “Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub”

Səfir: “Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub”

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.
Səfir təmasların vacib olduğunu, müsbət atmosfer yaratdığını söyləyib.
“Təbii ki, bütün bu proseslər mürəkkəbdir ancaq təmas var və olması vacibdir. Hökumətlər arasında kontaktın olması müsbət atmosfer yaradır. Düşünürəm ki, belə görüşlər, təmaslar optimizm vəd edir”.
Üç ölkənin dini konfessiya rəhbərləri arasında görüşə toxunan M.Boçarnikov deyib ki, belə görüşlər siyasi proseslərə dəstək verir, etimadın yaradılmasına kömək edir.