• 27 Aprel 2024
logo
Azərbaycan Prezidenti Zelenskini ad günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti Zelenskini ad günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.
Dövlət başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.
Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.