• 24 Aprel 2024
logo
Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələri Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.
Nazir Zakir Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.
Görüş zamanı ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə edilib.
Qeyd edək ki, iki günlük səfər zamanı Zakir Həsənov İran rəsmiləri ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcək.