• 28 Mart 2024
logo
Prezident: “Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb”

Prezident: “Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb”

Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb.
Bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət alıb: “Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”.