• 27 Oktyabr 2020
logo
Əli İnsanov korrupsiya və rüşvətxorluğa görə həbs edilmiş adamdır, indi hansı üzlə xalqa xidmət edəcəyini deyir? - Deputat

Əli İnsanov korrupsiya və rüşvətxorluğa görə həbs edilmiş adamdır, indi hansı üzlə xalqa xidmət edəcəyini deyir? - Deputat

3-5 nəfərin korrupsioner Əli İnsanovun ətrafında toplaşaraq partiya yaratmaq cəhdi önəmsiz məsələdir. Bu insanların cəmiyyətdə heç bir nüfuzları yoxdur, heç kim onları tanımır.
Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Əli İnsanovun partiyası indidən məhvə məhkumdur: “Əli İnsanov həbsdən çıxanda radikallar süni ajiotaj yaratmaq istədilər ki, İnsanov gəlir, güclənəcək, ətrafına adamlar yığılacaq, ancaq sonra məlum oldu ki, bunlar hamısı boş xülyalardır. Əli İnsanovun dövrü artıq keçib. O özü də bunu dərk etməlidir.
Digər tərəfdən, onların yaratdığı hələ partiya deyil, təşkilat komitəsidir, partiya kimi fəaliyyəti də hələ sual altındadır. Adından da görünür ki, bu, mənasız və primitiv düşüncənin məhsuludur. Təşkilat komitəsinin üzvləri də cəmiyyətdə tanınan və nüfuzu olan insanlar deyil. Onlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ona görə də bu cür partiyaların yaradılması mənasızdır".
Deputat vurğulayıb ki, insanlar ya liderlər, ya da ideyalar ətrafında birləşir. Əli İnsanovda isə nə liderlik, nə də yeni bir ideya var: "Bu mənada, onun yaratmaq istədiyi partiyanın hər hansı bir əhəmiyyət kəsb edəcəyini düşünmürəm.
Digər tərəfdən, Əli İnsanov korrupsiya və rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui istifadə etdiyinə görə həbs edilmiş adamdır, indi o hansı üzlə gəlib xalqa xidmət edəcəyini deyir? Bütün bunlar sadəcə siyasi şoudur”.
Qeyd edək ki, vaxtilə ciddi korrupsiya əməllərinə görə həbs edilmiş Əli İnsanov noyabrın 24-də məhdud siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının təşkilat komitəsi barədə müzakirə aparıblar. Təşkilat komitəsinin üzvlərini müəyyən ediblər.