• 21 May 2022
logo
“Simonyan Ermənistanın 5-ci prezidenti olacaq”

“Simonyan Ermənistanın 5-ci prezidenti olacaq” - İlyas Hüseynov 

“Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçi idi. Nəzərə salmaq lazımdır ki, onun Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri var. O, tez-tez Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, lakin eyni zamanda, BƏƏ-nin şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ.Hüseynov bildirib ki, onu Serj Sarkisyan təyin etmişdi: “Generalların qiyamı zamanı xüsusi canfəşanlığı sayəsində 1-ci posta öz iddiasını ortaya qoymaqla yanaşı, xalq arasında reytinqə işləyən bəzi addımlar atdı.
Sarkisyanı istefaya iki səbəb vadar edə bilər:
Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib; Armen Sarkisyan xarici dostlarından dəstək alıb, indi Nikol Paşinyanın yerinə iddialı olacaq.
Gələcəkdə nə ola bilər?
Ermənistanın Konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini Ermənistan Milli Assambleyasının sədri - Alen Simonyan həyata keçirəcək. Yunanıstanda istirahətləri ilə məşhurlaşan Alen Simoyanın Ermənistanın prezidenti postunda oturması Paşinyanın maraqları daxilindədir. Düşünürəm ki, böyük ehtimalla Simonyan elə Ermənistanın 5-ci prezidenti olacaq.
Zəruri hadisələr zəncirini də qeyd edək. Armen Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan ABŞ-a səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir.
Ermənistanın Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir.
Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq keçirilə bilər.
Bütün deputatlar namizəd irəli sürə bilər, yəni Köçəryançılar və Sarkisyançılar da cəhd edə bilərlər...
Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq?
Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda Paşinyan böyük ehtimalla öz marionet namizədini prezident kürsüsünə oturdacaq”.