• 27 Aprel 2024
logo
Postmüharibə dövründə birgəyaşayışa dair qanunvericiliyi araşdıran Komissiya yaradılacaq

Postmüharibə dövründə birgəyaşayışa dair qanunvericiliyi araşdıran Komissiya yaradılacaq

Milli Məclis azad olunmuş torpaqlara “Böyük qayıdış”la bağlı beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə əməkdaşlıq layihəsi hazırlayacaq.
Bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, azad olunmuş torpaqlara “Böyük qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi komitənin iş planına daxil edilib.