• 26 Aprel 2024
logo
Rusiya XİN: Sərhədlərin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına tez başlamaq lazımdır

Rusiya XİN: Sərhədlərin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına tez başlamaq lazımdır

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı ardıcıl səylər göstərir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı ardıcıl səylər göstəririk, harada ki, təəssüflər ki, vaxtaşırı silah tətbiqi ilə insidentlər baş verir, insan itkiləri olur. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın formalaşdırılması işinə mümkün qədər tez başlamaq lazımdır”, - deyə Rusiya XİN-in saytında xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına dair illik mətbuat konfransında KİV-lərin göndərdiyi suallara yazılı cavablarda qeyd olunub.
Diqqətə çatdırılıb ki, Rusiya bu prosesdə Bakı və İrəvana məsləhətçi yardım göstərməyə hazırdır.
Rusiya XİN-dən o da bildirilib ki, rəsmi Moskva saxlanılanlarla bağlı məsələnin həllində də fəal iştirak edir: “Xatırladaq ki, 2020-ci il dekabrın 2-dən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər geri qaytarılıb. Onlardan 127-si Ermənistan tərəfinə, 19-u isə Azərbaycan tərəfinə qaytarılıb”.