• 15 Oktyabr 2024
logo
Tural Gəncəliyev: Qarşılıqlı səfərlər öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək

Tural Gəncəliyev: Qarşılıqlı səfərlər öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək

Erməni jurnalistlər Bakı, Gəncə və Quba şəhərlərinə səfəri zamanı Azərbaycanda müxtəlif qurumlarla, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər.
Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, erməni jurnalistlər, həmçinin Bakıda ASAN xidmət və DOST mərkəzləri ilə tanış olublar: "Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.
Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar. Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.
Hesab edirəm ki, bu səfərlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək".