• 19 Aprel 2024
logo
Ermənilərin Qarabağda cinayətləri ilə bağlı sübutlardan beynəlxalq məhkəmələrə müraciət zamanı istifadə ediləcək

Ermənilərin Qarabağda cinayətləri ilə bağlı sübutlardan beynəlxalq məhkəmələrə müraciət zamanı istifadə ediləcək

“Ermənilərin Qarabağda törətdiyi cinayətlərlə bağlı işlər gedir”.
Bunu Baş prokuror Kamran Əliyev bildirib.
Baş Prokuror bildirib ki, Hərbi Prokurorluqda da xüsusi şöbə bütün bu işlər, erməni cinayətləri ilə bağlı cəmləşib: “Bütün hallar tərəfimizdən rəsmiləşdirilir, sübutlar toplanılır. Bunlardan beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə ediləcək”.