• 26 Aprel 2024
logo
ABŞ-ın müvəqqəti işlər vəkili DİN-in sığınacağına baş çəkib

ABŞ-ın müvəqqəti işlər vəkili DİN-in sığınacağına baş çəkib

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson general Həzi Aslanovla birgə Daxili İşlər Nazirliyinin (DİN) İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.
Bu barədə ABŞ Səfirliyindən məlumat verilib.
“Onlar, mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər. Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir”, - məlumatda qeyd olunub.