• 20 Yanvar 2022
logo
Lavrov: “KTMT kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm”

Lavrov: “KTMT kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm.
Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.
Erməni jurnalistin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində baş verənlərin Ermənistan hərbçilərinin KTMT çərçivəsində Qazaxıstana göndərilməsi ilə əlaqəli olmasına dair təxribatçı sualına Rusiya XİN başçısı belə cavab verib: “Nə Bakının, nə də Ankaranın KTMT kontingentinin ilə bağlı əsəbi reaksiyasını görmüşəm. Bu ölkələrin rəsmi şəxslərinin əsəbi reaksiyasını görməmişik. Ancaq Ərdoğanın (Türkiyə Prezidenti) müşavirlərindən birinin Rusiyanın addımını pislədiyi barədə məlumat var. Bu barədə Türkiyədən olan həmkarlarımıza bildirmişik. Amma Azərbaycan rəsmilərinin əsəbi reaksiyasını görməmişik”.