• 24 Aprel 2024
logo
BMT: Qadınların bələdiyyələrdə kifayət qədər təmsil olunmaması problemlərin yaranmasına gətirib çıxara bilər

BMT: Qadınların bələdiyyələrdə kifayət qədər təmsil olunmaması problemlərin yaranmasına gətirib çıxara bilər

Qadınların yerli idarəetmə orqanlarında kifayət qədər təmsil olunmaması bir sıra problemlərin yaranmasına gətirib çıxara bilər.
Trend-in məlumatına görə, bunu “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini
Çaru Bist deyib.
Onun sözlərinə görə, qadınların yerli idarəetmə orqanlarında təmsil olunması vacibdir. Bu, Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olmasına yardım edər: "Qadınların yerli idarəetmə səviyyələrində, qərar qəbuletmədə iştirakı çox önəmlidir. Qadınlar idarəetmədə nə qədər çox təmsil olunarlarsa, onların problemləri, ehtiyacları bir o qədər yaxşı başa düşülər".
Ç.Bist əlavə edib ki, “Gender əsaslı Bələdiyyə Akademiyası"nın yaradılması bələdiyyələrdə daha çox qadının təmsil olunmasına, potensial qadın kadrların hazırlanmasına xidmət edir: "Dayanıqlı İnkişaf Məqsədlərindən biri qərar qəbuletmədə qadınlar üçün bərabər imkanların yaradılmasını nəzərdə tutur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə uzunmüddətli əməkdaşlığımız var".