• 21 Yanvar 2022
logo
“NATO-Rusiya danışıqları uğursuz olacaq”

“NATO-Rusiya danışıqları uğursuz olacaq”

“Cenevrədə keçirilən NATO Rusiya danışıqları 2022-ci il regionumuza da təsirsiz ötüşməyəcək. Çünki Moskva MDB məkanında öz təsirini artırmaq və NATO-nun bu regionla siyasi-hərbi əməkdaşliğına qarşıdır. Cenevrə danışıqları Putin üçün yeni fürsətlər açir və belə bir danışıqlarda Rusiyanın beynəlxalq aktor rolunu ortaya qoyur”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, əlavə edib ki, bu danışıqlarda Kreml Ukrayna, Gürcüstan və Qazaxıstan, xüsusilə Mərkəzi Asiya regionunda NATO nun hər-hansı bir hərəkətlilik etməsinə, MDB məkanının artıq Rusiyanın protektoru olduğunu qəbul etdirməyə çalışacaq: “Həmçinin Şərqi Avropada ABŞ və NATO nun hərbi fəaliyyətinə son qoyulmasını tələb edəcək.
Ümumiyyətlə, belə danışıqlar Putin üçün uğurlu bir gedişdir və Qazaxıstan məsələsindən sonra dünyanın bölüşdürülməsində maraqlıdır. ABŞ və NATO buna qarşı olacaq, demək olar ki, NATO-Rusiya danışıqlarının uğursuz olacağı gözlənilir.
Putinin hazırkı siyasəti Cənubi Qafqazin təhlükəsizliyini təhdid edir. Azərbaycan bu kimi təhdidlərə qarşı yalnız Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində öz təhlükəsizliyini təmin edə bilər. Türkiyə NATO ölkəsidir və Ankaranin bu siyasəti NATO -nun geosiyasi maraqlarına cavab verir. Qeyd edim ki, Rusiya çalışacaq ki, Ermənistan-Türkiyə sərhədləri açılmasın. Həmçinin Azərbaycanla Ermənistan arasında böhran davam etsin. Rusiyanın bu siyasətinə qarşı Türkiyə praktik addimlar atacaq”.