• 20 Yanvar 2022
logo
Partiyalar aprelin 1-dək maliyyə hesabatlarını MSK-ya təqdim edəcək

Partiyalar aprelin 1-dək maliyyə hesabatlarını MSK-ya təqdim edəcək

Siyasi partiyalar 2021-ci il üzrə maliyyə hesabatlarını 2022-ci il yanvar ayının 1-dən aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.
Azərbaycanda hazırda dövlət qeydiyyatına alınmış 58 siyasi partiya var.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.