• 29 Oktyabr 2020
logo
Komitə rəsmisi: Azərbaycanda gender bərabərliyinin təmini üçün görülən işlər bir çox ölkələr üçün nümunə sayıla bilər

Komitə rəsmisi: Azərbaycanda gender bərabərliyinin təmini üçün görülən işlər bir çox ölkələr üçün nümunə sayıla bilər

Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində atılan addımlar, o cümlədən qadınların idarəetməyə cəlbi istiqamətində görülən işlər bir çox ölkələr üçün nümunə sayıla bilər.
Bunu “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, Azərbaycanda müəyyən problemlərin həllində qadın və kişilərin birgə səyi vacibdir.
Komitənin sədr müavini bildirib ki, bələdiyyə orqanlarında daha çox qadının təmsil olunmasına ehtiyac var:
"İlk bələdiyyə seçkilərində qadınların təmsilçiyi 4 faiz olub. Hazırda bələdiyyə üzvlərinin 35 faizini qadınlar təşkil edir".
S.Qəhrəmanova əlavə edib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması ilə bağlı qanunvericilik təkmilləşdirilib: "Gender bərabərliyi birinci ailədə yaradılmalı, sonra cəmiyyətə ötürülməlidir. Çünki ailə cəmiyyətin təməlidir. Cəmiyyəti yalnız kişilər deyil, qadınlar da idarə etməlidir. Azərbaycanda gender bərabərliyinin təmin olunması bizə cəmiyyətin inkişafı üçün müvafiq nəticələrin əldə olunmasına imkan verəcək".