Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankaraya səfər çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə icmanın sədri Tural Gəncəliyev xəbər verib.
Nümayəndə heyəti öncə Ankaranın Kızılcahamam bələdiyyəsinin sədri ilə görüşüb. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Xocalı soyqırımı muzeyinin yaradılmasına görə ona dərin minnətdarlığını çatdırıb.
Daha sonra azərbaycanlı nümayəndə heyətini Xarici işlər nazirinin müavinini Sedat Önal qəbul edib.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, həmçinin Ankaranın Keçiörən bələdiyyəsinin sədri Turqut Altınokla görüşüb.
Görüş barədə danışan icma sədri Tural Gəncəliyev deyib: "Turqut Altınok Azərbaycan sevdalısı olan şəxs kimi bizə şərəf verdi və qonaqpərvərlik göstərdi. Ona ölkəmiz üçün etdiklərinə və xüsusilə, Xocalı soyqırımının tanıdılmasına görə dərin təşəkkürümüzü çatdırırıq".
Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankara səfərindən əvvəl ABŞ-da olub. Orada Dağlıq Qarabağ və erməni cinayətkarlığı barədə fikir mübadilərləri aparılıb.