• 21 Yanvar 2022
logo
Lavrov: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyirik”

Lavrov: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyirik”

Rusiya xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlüd Çavuşoğlu bugünkü telefon danışığı zamanı 2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi üzrə “3+3” formatında ilk görüşü müsbət qiymətləndiriblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında Lavrov və Çavuşoğlu arasında baş tutan telefon danışığı ilə bağlı yerləşdirilən məlumatda bildirilib.
Növbəti görüşün yaxın gələcəkdə eyni tərkibdə keçirilməsi razılaşdırılıb.
Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəklədiyini ifadə edib.