• 19 Mart 2024
logo
Müsavatçılar bir-birini didir: Əli İnsanovla ittifaqa girməklə partiya onsuz da zəif olan hörmətini daha da itirmiş oldu

Müsavatçılar bir-birini didir: Əli İnsanovla ittifaqa girməklə partiya onsuz da zəif olan hörmətini daha da itirmiş oldu

Müsavatı yaradan 5 nəfərdən biri mənəm. İnsan öz övladına nifrət edərmi? Ağı ağ, qaranı qara demək lazımdır. Tək mən desəydim, ittiham edə bilərdiniz. Məgər müsavatçılar da eyni sözü demirmi? Məsələn, Aliyə Yaqublu və ya Yadigar Sadıqlı...
Trend-in məlumatına görə bunu türkoloq, müsavatçı Bəxtiyar Tuncay onu mühacir qalmaqalı barədə yazdığı statusa görə ittiham edənlərə və Müsavat partiyasına nifrət etməkdə suçlayanlara cavab verərkən deyib.
B.Tuncay həmçinin vurğulayıb ki, Müsavat ümumxalq nifrətini qazanmış Əli İnsanovla ittifaqa girməklə özünün onsuz da zəif olan hörmətini daha da itirmiş oldu.