• 22 Oktyabr 2020
logo
“Hakimlərin tam müstəqilliyinə nail olmalıyıq”

“Hakimlərin tam müstəqilliyinə nail olmalıyıq”

Qüdrət Həsənquliyev: “Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən ibarət təşkil olunmalıdır”

“Son zamanlar aparılan işlərin üzərinə kölgə salmadan bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Prezidentin 3 aprel 2019-cu il tarixli məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanında qeyd olunur ki, “cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi ilə məhkəmə icraatının effektivliyi yüksəldilməli, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”. Bu gün bizə təqdim olunan dəyişiklikləri ümumən müsbət qiymətləndirsəm də, düşünürəm ki, bu tipli dəyişikliklərlə biz, qarşıya qoyulan vəzifəni tam yerinə yetirə bilmərik”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanunun müzakirəsi zaması deyib.
Millət vəkili bildirib ki, ciddi islahatlara ehtiyac var: “Məsələn Konstitusiyanın 131-ci maddəsində qeyd olunur ki, Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. Əslində yeni Konstitusiya qəbul olunandan sonra prosessial qanunvericilik həm Cinayət Prosessual Məcəlləsinə, həm də Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməli idi. Amma bu dəyişikliklər edilməyib və orada əlavə kassasiya qaydasında icraat adlı məhkəmə mərhələsi Konstitusiyada nəzərdə tutulmasa da, qanunla Ali Məhkəmənin plenumuna belə bir səlahiyyət verib ki, Ali Məhkəmənin kassasiya qaydasına qəbul etdiyi qərarları plenumda ləğv eləsin. Bu əslində ləğv olunmalı, plenum yalnız mövcud Konstitusiyaya görə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olmalıdır. Kassasiya instansiyasından sonra vətəndaş, yəni tərəflər Konstitusiyanın 130-cu maddəsinin 5-ci hissəsinə əsasən məhkəmə aktının (Ali Məhkəmənin qərarından söhbət gedir) Konstitusiyaya və ya qanunlara uyğunluğunun yoxlanılması məqsədilə Konstitusiyanın 130-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinə müraciət edə bilər, yaxud birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməlidir”
Millət vəkili əlavə edib ki, bununla yanaşı məhkəmə süründürməçiliyinə son qoymaq üçün də müəyyən islahatlar aparılmalıdır: “Çox təəssüf ki, məhkəmə süründürməçiliyi deyiləndə çox vaxt prosessual müddətlər nəzərdə tutulur. Yəni 1 ay ərzində görülməli iş 15 günə endirilirsə, belə hesab olunur ki, guya bu məhkəmə süründürməçiliyinə qarşı görülən tədbirlərdir. Amma əslində məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır. Hazırda Mülki Prosessual Məcəllənin 416-cı maddəsində qeyd olnur ki, Kassasiya Məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Lakin ədalət mühakiməsi fəlsəfəsinə görə, hər 3 məhkəmə instansiyası işə mahiyyəti üzrə baxmalıdır. Məhkəmə aktlarının qanunlara uyğunluğunun yoxlanılması Konstitisyanlın 136-cı maddəsinin 4-cü bəndinə görə Konstitusiya Məhkəməsinə aiddir. Yəni yeni konstitisya qəbul olunandan sonra məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması yalnız Konstitusiya məhkəməsinin səlahiyyətinə aid edilib. Amma bizdə Ali Məhkəmə kassasiya qaydasında işə baxır və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarır. Apellyasiya Məhkəməsinə göstəriş verir ki, hansı normalar düzgün tətbiq olunmayıb, siz buna yenidən baxın. Əgər o norma düzgün tətbiq olunmayıbsa, Ali Məhkəmənin özü mahiyyət üzrə işə baxıb həmin normanı düzgün tətbiq etməldir. Bununla da məsələyə Ali Məhkəmənin qərarı ilə yekun vurulmalıdır. Amma çox təəssüf ki, məhkəmə süründürməçiliyi burada baş verir, ona görə də Mülki Prosessual Məcəllənin 406-cı maddəsi dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə görə, Ali Məhkəmə işi təkrar baxılması üçün Apellyasiya Məhkəməsinə qaytara bilər. Bu da süründürməçiliyə yol açan normadır. Əslində yuxarı instansiya məhkəməsi, Ali Məhkəmə səhvə yol verdikdə, qeyd etdiyim kimi Ali Məhkəmə işi geri qaytarmamalı, həmin səhvi özü düzəltməlidir.
Hörmətli həmkarlar! Prezidentin məlum fərmanı ilə qarşıya qoyulan məqsədə çatmaq üçün biz, hakimlərin tam müstəqilliyinə nail olmalıyıq. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Belə olduğu halda onları Məhkəmə-Hüquq Şurası intizam məsuliyyətinə cəlb etməklə hakimlikdən necə kənarlaşdıra bilər? Konstitusiyanın 128-ci maddəsinin 4-cü hissəsinə görə, hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Ali Məhkəmənin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Amma hazırda belə görünür ki, Konstitusiyanın ruhuna zidd olaraq hakimi intizamsızlğıa görə, vəzifədən çıxarmaq daha asandır, nəinki o cinayət törədərsə. Ona görə “Məhkəmələr və hakimlər haqqında” qanunu da dəyişməliyik”.
Millət vəkili vurğulayıb ki, hakimlər ya 70 yaşa qədər, ya da ömürlük təyin olunmalıdır: “Onların yalnız cinayət törətdikdə vəzifədən kənarlaşdırlması qanunla müəyyən olunmalıdır. Bundan əlavə Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən ibarət təşkil olunmalıdır. Mən bu məsələni dəfələrlə qaldırmışam ki, Məhkəmə-Hüquq Şurasının sədri hökumətin bir üzvü ola bilməz. Ona görə ki, Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti səlahiyyətlərin bölüşdürülməsi prinsipi ədsasında həyata keçirilir. Və məhkəmə hakimiyyəti əgər dövlət hakimiyyətinin bir qanadıdırsa, digər qanadın nümayəndəsi başqa bir hakimiyyətin qanadını idarə edən, hakimləri işə qəbul edən, işdən çıxaran, təltif edən bir orqanın başında dayana bilməz”.
Millət vəkili bildirib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq: “Əvəllər qanunvericilikdə hakimlərin evləri yoxdursa onların mənzillə təmin olunması müddəası bu var idi ki. Çox təəssüf ki, bu müddəa qanunvericilikdən çıxarıldı. Amma hesab edirəm ki, əgər hakimin evi yoxdursa o mənzillə təmin olunmalıdır. Onlara xidməti avtomobil verilməlidir. Layiqli həyatını təmin etmək üçün düşünürəm ki, hakimlərə 10 min manat məbləğində maaş verilməlidir. Bir məsələyə də diqqət yetirmək istəyirəm. Hörmətli Əli Hüseynov məhkəmə ekspertizası ilə əlaqədar olaraq qeyd etdi ki, cinayət işləri üzrə yalnız dövlət ekspertizasından istifadə olunur. Amma qanunun 23-cü maddəsində bu barədə xüsusi qeyd yoxdur. Sadəcə qeyd olunur ki, məhkəmə tibb, məhkəmə psixatriya, məhkəmə ballistik, məhkəmə partlayış texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Sual yaranır ki, müstəqil ekspertizalara nə qalır? Bu bəlli deyil. Belə çıxır ki, mülki işlər üzrə yalnız mühasibat məsələləri ilə əlaqədar olaraq ekpertizaların keçirilməsinə ehtiyac var. Amma prezidentin fərmanında xüsusi qeyd olunmayıb ki, yalnız mülki işlər üzrə müstəqil ekspertizalar fəaliyyət göstərə bilər. Düşünürəm ki, bu çərçivəni daraltmağın heç bir əhəmiyyəti yoxdur. Biz bilirik ki, bir çox hallarda məhkəmələrdə ekspertlərin, xüsusilə dövlət ekspertizasının bitərəf və ədalətli olmasına dair ciddi şübhələr yaranır. Ona görə də alternativ ekspertizaların yaranmasına çox böyük ehtiyac var. O cümlədən cinayət işləri üzrə də. Düşünürəm ki, məsələn, məhkəmə psixatriya ekspertizası, xüsusilə də əgər şəxs stasionar vəziyyətdə xəstəxanada yatmayacaqsa, o hallar istisna olmaqla, qalan bütün məsələlərlə bağlı müstəqil ekspertizaların, alternativ ekspertlərin, xüsusilə də özəl müəssisələr kimi yaranmasına imkan yaratmalıyıq. Komitədə müzakirələr zamanı dedilər ki, guya bəzi aparatlar bahadır. Əgər hansısa sahibkar bunu alıb gətirəcəksə, qoy alıb gətirisn. Biz niyə sahibkara görə narahat oluruq? Sahibkar bu aparatı gətirəcək, sonra da ekspertiza keçirib pul qazanacaq”.

Əli