• 11 Dekabr 2019
logo
add image
Müxalifətin növbəti uğursuzluğu - Cəmil Həsənli məsuliyyətdən qaçır

Müxalifətin növbəti uğursuzluğu - Cəmil Həsənli məsuliyyətdən qaçır

Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli siyasi bacarıqsızlığını etiraf edərək sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyir.
Trend-in məlumatına görə, C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.
"Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir" - deyə qeyd edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur.
Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb.