• 24 Oktyabr 2020
logo
Məşhur türk iş adamı Azərbaycanı Dirçəliş Günü münasibəti ilə təbrik etdi

Məşhur türk iş adamı Azərbaycanı Dirçəliş Günü münasibəti ilə təbrik etdi

Məşhur türk iş adamı, Turan sevdalısı Sədat Pəkər Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibəti ilə təbrik edib.

AFN-in xəbərinə görə, iş admı sosial şəbəkə hesabı vasitəsilə şəkil paylaşaraq, “Qardaş Azərbaycanın 17 noyabr Milli Dirçəliş Gününü təbrik edirəm” sözlərini qeyd edib.

Qeyd edək ki, Turan sevdası ilə yanıb-alışan məşhur iş adamı, bundan öncə də Azərbaycanı bütün əlamətdar günləri münasibəti ilə təbrik edib, daim diqqətdə saxlayıb.

Biz də AFN.az ailəsi olaraq öz növbəmizdə Sədat Pəkərin təbrikini qəbul edib, diqqət və hörmətinə görə dərin minnətdarlığımızı bildiririk.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!