“YAP-ın parlament fraksiyası üzərinə düşən vəzifələri kifayət qədər yerinə yetirir”.
Bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iqtidar partiyası olaraq YAP-ı Milli Məclisdə təmsil edən deputatlar ölkəni narahat edən taleyüklü problemlərim həllində öz mövqelərini ortaya qoyurlar: “Eyni zamanda, Azərbaycanda qanunvericilik prosesləri uğurla icra olunur. Azərbaycan bu gün ən qabaqcılı və mütərəqqi qanunvericilik sisteminə malik olan ölkələrdəndir”.