“Turizm haqqında” yeni hazırlanan qanun layihəsi Milli Məclisə daxil olub.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.
İclasda Turizm Agentliyinin rəsmi şəxsləri və sahə təşkilatlarının nümayəndələri iştirak edəcək.