• 27 Aprel 2024
logo
XİN: Beynəlxalq məhkəmələrdə Azərbaycan həqiqətlərinin sübut edilməsinə çalışacağıq

XİN: Beynəlxalq məhkəmələrdə Azərbaycan həqiqətlərinin sübut edilməsinə çalışacağıq

“Azərbaycan Vətən müharibəsindən sonra münaqişənin kökündə duran işğala son qoymaqla münaqişənin bitdiyini bildirib”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, Azərbaycan qarşılıqlı ərazi bütövlüyünü tanımaqla sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması üçün Ermənistana çağırışlar edib: “Beləliklə, Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmədə sərt qərarlar qəbul etməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələndi. Amma bundan sonrakı mərhələdə biz qərarların qəbulunu daha uzun müddət ərzində gözləyəcəyik və işlər görəcəyik. Azərbaycanın mövqeyi hər zaman olduğu kimi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan həqiqətlərinin beynəlxalq məhkəmələrdə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”.
E. Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra konvensiyalar üzrə, xüsusilə ətraf mühitə vurulmuş ziyan, ekoloji və təbii sərvətlərin talan edilməsi ilə bağlı növbəti il şikayətlər qaldırmağa hazırlaşır.