• 18 Yanvar 2022
logo
Nazir müavini: “Ermənistanda azərbaycanlılara qarşı nifrət nitqi aşılayanlara mükafatlar verilir”

Nazir müavini: “Ermənistanda azərbaycanlılara qarşı nifrət nitqi aşılayanlara mükafatlar verilir”

“Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistanın vəsatətinə Azərbaycan sırf hüquqi prizmadan yanaşıb və beynəlxalq məhkəmədən bununla bağlı birdəfəlik qərar qəbul etməsini gözləyib”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, Azərbaycanın builki mərhələdə daha bir uğuru Ermənistanda Azərbaycana qarşı nifrət nitqi aşılayan şəxslərlə bağlı idi: “Bu insanlar Ermənistanda məsuliyyətə cəlb edilmir. Azərbaycan tərəfindən Ermənistanda sosial mediada Azərbaycan və türkləri düşmən kimi görən, torpaqların geri alınması ilə bağlı təşviqat aparan və s. işlərlə məşğul olan şəxslərə qurumlar, o cümlədən, Ermənistan MN tərəfindən mükafatlar verilir. Bu kimi bütün faktlarla bağlı da Azərbaycan beynəlxalq məhkəmədə vəsatət qaldırıb. Nəticədə məhkəmə bu faktları araşdıraraq bütün bunların qarşısını alması ilə bağlı Ermənistanın qarşısına öhdəlik qoyub”.