• 19 Mart 2024
logo
BMT məhkəməsi Ermənistanın saxlanılanların dərhal azad edilməsi ilə bağlı müraciətini rədd edib

BMT məhkəməsi Ermənistanın saxlanılanların dərhal azad edilməsi ilə bağlı müraciətini rədd edib

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərarına dair paylaşım edib.
Nazir müavininin “Twitter” hesabında edilən paylaşımda bildirilib ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana irqi ayrı seçkiliyin təşviqi və təhriki ilə əlaqədar azərbaycanlılara zərər verilməsinin qarşısının alınması ilə bağlı təcili tədbirlər görməyə dair göstəriş verib.
E. Məmmədov qeyd edib ki, Beynəxalq Ədalət Məhkəməsi Ermənistanın saxlanılan şəxslərin dərhal azad edilməsi və Hərbi Qənimətlər Parkının bağlanması ilə bağlı müraciətini rədd edib.