• 29 Mart 2024
logo
“Koçaryanın karyerası siyasi quldurluq və hərbi cinayətkarlıqdan ibarətdir”

“Koçaryanın karyerası siyasi quldurluq və hərbi cinayətkarlıqdan ibarətdir” - Nurlan Qələndərli

“Ermənistanın sabiq prezidenti Robert Koçaryanın karyerası siyasi quldurluq və hərbi cinayətkarlıqdan ibarətdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli deyib. N.Qələndərli bildirib ki, onun baxışlarında terrorçu təfəkkürü, üzündəki qırışlarda isə separatizm izləri gizlənib: “Son müsahibəsində nə qədər "yenilikçi" görünməyə və "ağıl paylamağa" çalışsa da, fikirləri şüuraltındakı caniliyi əks etdirir. İşğalçı ölkəsinin ağır məğlubiyyətindən sonra "fürsət bu fürsət" deyərək siyasi səhnəyə çıxmağa və özünün politik reabilitasiyasını təmin etməyə çalışır. Amma bunların heç bir nəticəsi olmayacaq”.