• 26 Aprel 2024
logo
Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir

Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən əməliyyat təlimi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.