• 20 Aprel 2024
logo
“Ermənistan yaxşı bilir ki, öhdəliklərə əməl etməyəcəksə, ciddi hərbi təzyiqlərə məruz”

“Ermənistan yaxşı bilir ki, öhdəliklərə əməl etməyəcəksə, ciddi hərbi təzyiqlərə məruz” - politoloq

“26 noyabrda Soçidə keçirlən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Soçi Bəyannaməsi İrərəvan tərəfindən üç tərəfli birgə komissiya tərəfindən yerinə yetirilmir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Ermənistan tərəfi "Zəngəzur dəhlizini" qəbul etməməsini elan edir: “Amma, buna baxmayaraq Nikol Paşinyanın ötən həftə keçirdiyi qapalı iclasda dəhlizin açılmasının vacib olduğunu xüsusi qeyd etməsi istisna deyil.
Demək olar ki, İrəvanla Bakı arasında konfedensial danışıqlar aparıldığı mümkündür. Məhz ona görə də Azərbaycan tərəfi 10 əsiri Ermənistana verdi. Sadəcə, əsirlərin mina xəritəsi ilə dəyişdirildiyi qeyd edilsə də pərdəarxası Azərbaycanın leyhinə gedişlər var və razılaşma gedir. Ermənistanın bu günə kimi bizə verdiyi xəritələr tam düzgün olmayıb və Azərbaycanın da artıq belə bir xəritələrə ehtiyacı da yoxdur.
Ermənistan hakimiyyəti "Zəngəzur" dəhlzinin açılmasına gedəcək.
Brüsseldə keçiriləcək görüşə gəldikdə isə, artıq buna ehtiyac yoxdur. Erməni lobbisi prosesi pozacaq. Minsk qrupu məsələsi qaldırılacaq və Azərbaycanın leyhinə olmaycaq.
Qeyd edim ki, Stokholmda Azərbaycan xarici işlər naziri erməni nazirlə ona görə görüşü təxirə saldı ki, Minsk qrupunun həmsədrləri bu prosesdə iştirak edəcək və burada bitmiş Qarabağ məsələsini gündəliyə çıxarılacaqdı. Bu görüşdə Minsk qrupunun həmsədrləri və uzun illər münaqişənin davam etməsində maraqlı olan Anjik Kaspişik də iştirak edəcəkdi.
Ermənistan tərəfi yaxşı bilir ki, öhdəliklərə əməl etməyəcəksə, ciddi şəkildə hərbi təzyiqlərə məruz qalacaq”.

Əli