• 29 Mart 2024
logo
Azərbaycan və Polşa hökumətləri arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş təsdiqlənib

Azərbaycan və Polşa hökumətləri arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” 2019-cu il mayın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.