• 18 Yanvar 2022
logo
"Hər halda mən sözü havadan deməmişdim"

"Hər halda mən sözü havadan deməmişdim"

Sabir Rüstəmxanlı: "Adi orta məktəb hesabı ilə görünür ki, cərimələrin məbləği 100 faiz qaldırılıb"

"Ötən dəfə cərimələrin artırılmasının əsaslandırılmaya ehtiyac olduğunu qeyd etmişdim. Mən deyəndə ki, cərimələri 2 dəfə artırılır, Komitə sədri Tahir Mİrkişili buna etiraz etdi. Hesab edirəm ki, hər bir millət vəkili dediyi sözün məsuliyyətini daşımalıdır". Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. O, hər halda mən sözü havadan deməmişdim"- deyə vurğulayıb: "Rəqəmlərə baxanda adi orta məktəb hesabı ilə görünür ki, cərimələrin məbləği 100 faiz qaldırılıb. Hörməti komitə sədri hansı hesabla mənə deyir ki, orada 2 dəfə artım yoxdur" .
Tahir Mirkişili, isə S.Rüstəmxanlıya cavab olaraq bildirib ki, əslində Sabir müəlim 2-3 dəfə artım olduğunu demişdi : "Çıxışlar stenoqramda var. İkincisi mənim iradım ictimaiyyətə doğru məlumatın verilməsi ilə bağlı idi".
Əli