• 18 Yanvar 2022
logo
Ceyhun Bayramov Niderlandın XİN başçısına bölgədəki vəziyyət barədə məlumat verib

Ceyhun Bayramov Niderlandın XİN başçısına bölgədəki vəziyyət barədə məlumat verib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Ben Knapen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirir ki, tərəflər Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son inkişaf barədə ətraflı məlumat verib; üçtərəfli bəyanatların icrası, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşması və delimitasiya danışıqlarına başlamanın əhəmiyyətini vurğulayıb.
Nazir, Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.
Nazir beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirmiş xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.