• 20 Yanvar 2022
logo
“Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” - Misirli alim Əhməd Abdo Tərabikin kitabı təqdim edildi

Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar, ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BAMF Prezidenti Umud Mirzəyev Əhməd Əbdo Tərabikin müəllifi olduğu “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimatına toplaşanları salamlayıb. O bildirib ki, bu unikal faktlar toplusunun ərsəyə gəlməsi üçün o və dostu, Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi əllərindən gələni əsirgəməyiblər.
U. Mirzəyev qeyd edib ki, “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabı təkcə ölkəmizin deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük müharibədə qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirən Azərbaycan əsgərinin salnaməsidir: “Bu kitabın daha bir önəmli cəhəti odur ki, kitab İkinci Qarabağ müharibəsi ilə bağlı çox vacib faktları özündə əks etdirən bir nəşrdir”.
Daha sonra tədqiqatçı, alim və jurnalist Əhməd Əbdo Tərabik qonaqlara videomüraciət edib. O, bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bütün dünyaya səs salıb və onun 10 noyabrda imzalanan üçtərəfli saziş zamanı atdığı qətiyyətli addım, onun lider adına layiq olduğunun sübutudur.
Misirli alim tədbir iştirakçılarına müəllifi olduğu “Dəmir Yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabını təqdim edib. Bildirib ki, bu, 2016-cı ildə çap edilən “Qarabağ-Qafqazda sülhə aparan yol” adlı kitabının davamıdır və həmin kitabı 2017-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə şəxsən təqdim edib.
“Kitabda Azərbaycan tərəfinin müharibəyə hazır olmasına baxmayaraq, qanlı müharibəyə qarşı olduğunu göstərməyimlə yanaşı, vaxtilə Ermənistana işğal etdiyi əraziləri dinc yolla qaytarması barədə də çağırışlar etdiyimi qeyd etmişəm”.
Tədqiqatçı kitabın ərsəyə gəlməsi üçün qatlaşdığı zəhmətə və dəstəyə görə BAMF Prezidenti Umud Mirzəyevə təşəkkürünü çatdırıb.
“İnsanlara təşəkkür etməyən, Allaha şükür etməz” prinsipinə əsaslanaraq, kitabımın ərsəyə gəlməsində mənə dəstək olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, hörmətli Umud Mirzəyevə öz minnətdarlığımı bildirirəm. Ömrünün uzun bir hissəsini vətənin inkişafına həsr edən, bir çox ölkələrin humanitar təşkilatları və MDB ölkələrinin səlahiyyətli nümayəndələri ilə geniş əlaqəsi olan hörmətli Umud Mirzəyevlə daha öncədən tanış idik. Bu tanışlıq, dostluq belə bir kitabın ortaya çıxmasına gətirib çıxardı”.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, millət vəkilləri Ceyhun Məmmədli və Arzu Nağıyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov, Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, Liviya Ərəb Respublikası Azərbaycandakı müvəqqəti işlər vəkili Aşraf Adam Əl-Masmari çıxış ediblər.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Prezident İlham Əliyevin adı torpaqları azad edən sərkərdə kimi dünya tarixinə yazılıb: “Biz Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik. BDU-nun da yüzlərlə məzun və tələbəsi döyüşə atılıb. Onlardan 9 nəfəri şəhidlik zirvəsinə ucalıb”.
BDU rektoru bildirib ki, başçılıq etdiyi universitet də informasiya savaşında bacardığını ortaya qoyub: “BDU məlumatların yayılması və monitorinq prosesində yaxından iştirak edib. Biz iki layihə həyata keçirdik. Birincisi məcburi köçkünlərin pozulmuş hüquqlarına dair kompleks hesabat idi. İkincisi isə yerli və xarici medianın fəaliyyətinin təhlili ilə bağlı oldu”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Qarabağ probleminə xarici mətbuat nümayəndələrinin yanaşmasının artıq dəyişdiyini vurğulayıb: "İllər əvvəl media ilə bağlı monitorinq keçirilmişdi. Bu monitorinq vasitəsilə biz bir çox xarici mətbuat qurumlarının Qarabağ probleminə yanaşmasını təhlil etmək imkanını qazanmışdıq. Qarabağla bağlı yayımlanan xarici xəbərlərdə ermənipərəstlik açıq-aşkar müşahidə edilirdi. Hətta Əl-Cəzirə kimi böyük media şəbəkəsi belə, vaxtilə Qarabağı mübahisəli ərazi kimi təqdim etmişdi. Hazırda isə bu məsələdə vəziyyət tamamilə dəyişib. Azərbaycan prezidentinin xarici mətbuata ardıcıl müsahibələri və xarici jurnalistlərin regiona səfərləri zamanı şahidi olduğu hadisələr vəziyyəti xeyrimizə dəyişdirən əsas nüanslar olub. Qeyd edə bilərəm ki, indi cəbhədə müharibə bitib, lakin informasiya savaşı davam edir. Belə bir zamanda BAMF prezidenti Umud Mirzəyev Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında böyük işlər bacarıb. Bu gün deyə bilərəm ki, onun şəxsi əlaqələri olmasaydı bəlkə də bu gün təqdimatında iştirak etdiyimiz kitab da ərsəyə gəlməzdi. Ona görə də mən Umud Mirəzyevə təşəkkür edirəm".
Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov kitabın ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkür edib. O, bildirib ki, bu kitabın çap edilməsi ilə yanaşı, elektron formatda platforma şəklində hazırlanması ilə görülən böyük işin səmərəliliyini artırmaq olar.
Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim çıxış edərək bildirib ki, kitab ərəb oxucusunu, ərəb kitabxanasını Azərbaycan həqiqətləri barədə məlumatlandıracaq: “Ərəb dünyası ilə mədəni əlaqələr mövcud olsa da, Azərbaycan barədə dolğun məlumatlar azdır. Bu, həm də Azərbaycan mədəniyyətini ərəb oxucusuna çatdırmaq üçün vasitədir. Kitabın əsas məqsədi Azərbaycanın əsas məsələsinin eyni zamanda ərəb dünyasının da problemi olduğunu göstərməkdir. Kitab Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq, işğal altında olan ərazilərini azad etdiyi dövrədək olan zaman kəsiyinə işıq salacaq. Kitabda Azərbaycanın qələbəsi elmi-xronoloji formada oxucuya çatdırılır. Bu kitab sayəsində ərəb oxucu Azərbaycan həqiqətlərilə tanış olacaq, əks tərəfin yalanlarına inanmayacaq”.
Liviya Ərəb Respublikası Azərbaycandakı müvəqqəti işlər vəkili Aşraf Adam Əl-Masmari öncə Zəfər bayramı münasibəti Azərbaycan xalqını və dövlət başçısını təbrik edib. O, eyni zamanda, 30 noyabrda helikopter qəzasında şəhid olmuş hərbçilərə görə Azərbaycan xalqına başsağlığı verib: “Azərbaycanın öz haqqını və suverenliyini bərpa etməsini dəstəkləyirik. Türkiyənin timsalında Azərbaycanın yanında olan digər dost ölkələrə də təşəkkür edirəm”.
Çıxış edən millət vəkili Arzu Nağıyev qeyd edib ki, BAMF-ın dəstəyilə ərsəyə gəlmiş “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabında bütün məlumatlar xronoloji ardıcıllıqla öz əksini tapıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi dünya beşdən ibarət deyil. Bu kitab tək ərəb dövlətləri deyil, digər dövlətlərdə də çap olunmalıdır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov çıxışında qeyd edib ki, bu kitab ərəb dünyasında məlumat boşluğunun doldurulması üçün əhəmiyyətli resursdur və inkişaf etdirilməlidir: “İnformasiya müharibəsinə dəstək verənlər sırasında BAMF da vardı. Umud Mirzəyev fədakar insan kimi müharibə dövründə informasiya cəbhəsində iştirak edirdi. O, bu gün də yenə informasiya cəbhəsindədir. Müharibə qələbə ilə başa çatıb, lakin görəcəyimiz işlər hələ çoxdur. Xarici İşlər Nazirliyi xətti ilə, ərəb dövlətlərindəki səfirliklərimiz vasitəsilə mütəşəkkil fəaliyyət həyata keçirilməlidir. Universitetlərdə, kitabxanalarda, beyin mərkəzlərinə çatdırılmalı və mümkün olduqca orada təqdimatlar keçirilməlidir”.
BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli isə Azərbaycanın haqq sözünü çatdıran hər bir şəxsin savab qazandığını və yerinin cənnət olduğunu deyib: “Umud Mirzəyevin rəhbəri olduğu BAMF Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çox böyük işlər görüb. Umud Mirzəyev xarici qonaqları dəfələrlə təmas xəttində yerləşən rayonlarımıza apararaq, onlara əyani olaraq erməni vandalizmini göstərib. Bu kitab da həmin silsilədən olan işlərdən biridir. BDU-nun jurnalistika fakültəsinin BAMF ilə sıx təmasları var və ümid edirəm ki, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq yolunda əməkdaşlığımız daha da inkişaf edəcək”.
Əhməd Tərabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və dəstəyi ilə işıq üzü görüb. Bu unikal faktlar toplusunun ərsəyə gəlməsinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev və Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi səbəbkar olublar.
Kitab 2 hissə və hər hissəsi 3 fəsildən ibarətdir. Tədqiqat əsərində əzəli torpaqlarının azadlığı uğrunda Azərbaycan xalqının apardığı savaşdan, Azərbaycan əsgərinin hazırlığı və onların dünyadakı nüfuzundan söhbət açılır. Azərbaycan ordusunun gücü, əzmi nəticəsində Suqovuşan ərazisi, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşa kimi tarixi torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur. Kitabda tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının sancılması və erməni hərbi qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi terrordan söhbət açılır. Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında üçtərəfli bəyanatdan, qələbə müjdəsi və ermənilərin uğursuz həmlələri barədə məlumat verilir. Kitabda hətta Bakının mərkəzində salınmış “Hərbi qənimətlər” parkı ilə bağlı da informasiya var. Tədqiqat əsərində Qafqazda yeni başlayan eradan, 30 illik işğal dövründə erməni hərbi birləşmələrinin zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, habelə erməni vandalizminin tarixi-dini abidlərə, qəbirlərə və məscidlərə qarşı olan təhqiramiz davranışları haqqında sənədlər və faktlar da yer alıb.
Bundan əlavə, müəllif kitabın son fəsillərində 44 günlük müharibənin bitməsindən sonra torpaqlarımızda aparılan islahatlar, inkişaf, sülh və təhlükəsizliyin bərqərar olması, işğal olunan ərazilərin minalanması haqqında geniş məlumat verir. Habelə, tədqiqat əsərində postmünaqişə dövründə regionun inkişafı, sülhün və təhlükəsizliyin bərqərar olması, yeni transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində Azərbaycanın səyləri fonunda gələcəyə nikbin baxış da yer alıb.