• 15 İyul 2025
logo
Ceyhun Bayramov İsveç Krallığına səfər edib

Ceyhun Bayramov İsveç Krallığına səfər edib

Dekabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.