• 23 Aprel 2024
logo
İran XİN helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib

İran XİN helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib

İran Xarici İşlər Nazirliyi (XİN) Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğramasına görə Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.
“Bu acı hadisə nəticəsində 14 nəfərin həyatını itirməsi bizi kədərləndirdi. Bu münasibətlə Azərbaycan xalqına və dövlətinə başsağlığı veririk. Hadisə qurbanlarına Allahdan rəhmət, ailələrinə səbr diləyirik”, - S. Xətibzadə vurğulayıb.
Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.