• 19 Mart 2024
logo
“Aşqabad sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına tam adekvatdır”

“Aşqabad sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına tam adekvatdır” - Nurlan Qələndərli

“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında səsləndirilən fikirlər Avrasiyanın geoiqtisadi xəritəsinin yenidən formalaşdığını, bu prosesdə Azərbaycanın mühüm rol oynadığını bir daha təsdiqlədi”.
Bu fikiri “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, Zirvə Toplantısı, həmçinin beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanın səmərəli ideya, təklif və təşəbbüslərinin təşkilat daxilində çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu, perspektiv əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dayanıqlı zəmin yaratdığını göstərdi: “Diqqət yetirilən məsələlərdən biri İƏT-in Tədqiqat Mərkəzinin qarşıdakı dövrdə Bakıda fəaliyyətə başlamasıdır. Bu, şübhəsiz ki, sadə və sıradan məsələ deyil, həm siyasi məzmuna, həm də iqtisadi əhəmiyyətə malikdir. Birincisi, bu addım Heydər Əliyev ideyalarının həm XX, həm də XXI əsrdə böyük aktuallığa malik olduğunu, regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini təşviq etdiyini təsdiqləyir. İkincisi, bu addım Azərbaycanın həm təşkilat daxilində, həm də regional və beynəlxalq səviyyədə yüksək nüfuza malik olduğunu, işbirliyi və inteqrasiyanı təşviq edən etibarlı tərəfdaş kimi nəzərdən keçirildiyini göstərir. Üçüncüsü, bu qərar Azərbaycanın bundan sonra da bölgədə əməkdaşlığın inkişafına vacib töhfə verəcəyinə inamı əks etdirir. Məlum olduğu kimi, İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi araşdırmalara əsaslanan regional əməkdaşlığın qurulması üçün təşkilata üzv ölkələrə yardım etməkdir. Ona görə də Bakıda yerləşəcək Mərkəzin səmərəli iş mexanizmi sıralarında 10 dövləti birləşdirən, 500 milyona yaxın əhali potensialına, 6,3 trilyon ABŞ dolları həcmində ÜDM-ə malik təşkilatın məqsədyönlü fəaliyyətinə mühüm töhfə verəcək. Beləliklə, sonuncu Zirvə Toplantısını, Aşqabad sənədində əks olunan məsələləri, həmçinin Tədqiqat Mərkəzinin yaradılması məsələsini nəzərə alaraq İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlandığını qeyd edə bilərik”.
Aşqabad sənədində əks olunan məsələlərin Azərbaycanın milli-strateji maraqlarına tam adekvat olduğunu və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirdiyini deyən Nurlan Qələndərli bildirib: “Sənəddə Azərbaycan xalqı və hökumətinin ərazilərin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərir ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir, həmçinin mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf gətirəcək”.

Əli