• 19 Mart 2024
logo
“Aşqabad Bəyannaməsi Azərbaycan üçün uğurludur”

“Aşqabad Bəyannaməsi Azərbaycan üçün uğurludur”

Turan Rzayev: “Sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb”

“Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işini yekunlaşdırıb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Soçi görüşününü ardınca, Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. Prezidentin bu məsələni yenidən dilə gətirməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, yeni reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti hər gün biraz da artır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, Prezident bu məqamı tez-tez müxtəlif ali qrumların tribunasından səsləndirməklə bu dəhliznin təkcə Azərbaycan üçün deyil, regionda marağı olan bütün ölkələr üçün vacib olduğunu başa salmağa çalışır: “Prinsip etiarilə hazırda Zəngəzur dəhlizi İƏT-in 10 üzvünün də ortaq məsələsidir. Məsələ ondadır ki, bu dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da önəmlidir. Dəhliz faktiki olaraq bir neçə regionu birləşdirən qovşaq rolunu oynayır.
İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə bilər. Azərbaycan onsuz da son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imknalardan isə təkcə rəsmi Bakı deyil, regionun bütün ölkələri fayda götürə bilər. Prezidentin Zəngəzur dəhlizi məsələsinin İƏT-in XV Zirvə Toplantısı dilə gətirməsinin bir digər səbəbi də Təşkilat region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan biri olmasıdır”.
Politoloq diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının yekununda Aşqabat bəyannaməsi qəbul olundu: “Aşqabad Bəyannaməsini ümumilikdə rəsmi Bakı üçün uğurlu hesab etmək olar. Çünki sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Belə ki, bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Görüşdə, həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.
Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bu çox mühüm məqamdır. Belə ki, Azərbaycanı təbrik etmək, eyni zamanda bu ərazilərin Ermənistan tərəfindən işğal edildiyi reallığının qəbul edildiyini göstərir.
Azərbaycanı təbrik edən ölkələr bununla həm də rəsmi Bakının 44 günlük müharibədəki mövqeyini dəstəkləmiş olduqlarını açıqca elan etmiş oldu. Digər tərəfdən, Azərbaycanı təbrik edən ölkələr içərisində KTMT üzvü olan ölkələrin olmasında digər bir nüansdır. Bu da ondan xəbər verir ki, Ermənistanla bir təşkilatda yer alan ölkələr özləri də bu ölkəni işğalçı hesab edir və bu məqsəd rəsmi Bakını dəstəkləyir”.
Ekspert deyib ki, İƏT-in XV Zirvə Toplantısının ardınca liderlər arasında ikili görüşlər baş tutdu: “Bu görüşlərdən ən diqqət çəkəni isə bəlkə də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüşü idi. Bir müddətdə rəsmi Bakı və Tehran arasında davam edən və rəsmi Tehrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə keçəcəyi hər kəs üçün maraqlı idi.
Rəisinin sözlərinə Qarabağ məsələsi ilə başlaması və İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi Tehranın səhvini anladığı və Bakı ilə gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdiyini göstərir.
Hesab edirəm Rəisi “İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyini” deyərək bir müddət öncə aktual olan “şirin quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prisip etibarilə İranla gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə edirdi.
İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür”.